“İnflyasiyanın 80-85 faizi xaricdən idxal olunan mallardadır" - Deputat

“İnflyasiyanın 80-85 faizi xaricdən idxal olunan mallardadır" - Deputat
SİYASƏT
11:13 21.11.2022
288
"İnflyasiyanın 80-85 faizi xaricdən idxal olunan mallardadır. Mən həmişə demişəm ki, bizə əsas maraqlı olan ərzaq mallarıdır, kənd təsərrüfatı mallarıdır. Biz maksimum çalışmalıyıq ki, onları burada inport əvəzləşdirmə siyasəti ilə istehsal edək. Yeganə yol budur. Bolluq yaransa, bu inflyasiya cilovlanacaq, bolluq olsa, hətta qiymətlər də aşağı düşəcək”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev dünyada gedən inflyasiya və bunun ölkəmizə təsirləri barədə danışarkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan qida məhsullarının xeyli hissəsini burada istehsal edə bilər:

"Mən bunu dəfələrlə, komitə iclaslarında da, plenar iclasda da demişəm. İndi dövlət bu şəraiti yaradır. Biz bu sistemi artıq 3 ildən çoxdur ki, qururuq. Əsas kiçik və orta sahibkarlıqdır, kənd təsərrüfatına edilən köməklərdir, subsidiyalardır. Təxminən, 30-a yaxın kənd təsərrüfatında mallar var ki, onların dotasiyalar nəticəsində maya dəyərinin yarısına qədər dövlət ödəyir”.

Bir çox addımlar atılır. Amma biz gərək dediyim məsələlərə fokslanaq, yəni bolluq yaradaq, burada istehsal edək. Azərbaycan qida məhsullarının təxminən 80-85 faizi, bəlkə də da çoxunu burada istehsal edə bilər. Bizim imkanlarımız var. Coğrafi baxımdan, münbit torpaqlar baxımından imkanlarımız çoxdur. İndi bu, məqsəddir, dövlət bu siyasəti həyata keçirir. Bizə lazımdır ki, bunun sürəti artsın. İndiki sürətlə biz ancaq malların bir qismini təmin edə bilirik. Bizə sürət lazımdır”.

Rüfət Quliyev həmçinin təklif də irəli sürüb. O, qeyd edib ki, kəndlərdə həyətyanı sahələrdə əkin, maldarlıq işləri ilə məşğul olmaq da çıxış yollarından biridir:

"Mən həmişə demişəm, düzdür, bu, birmənalı qarşılanmır, mən Sovet dönəmindən çıxmış insanam, Sovet dönəmində də mən görürdüm ki, həyətyanı sahələrdə insanlar çox əkirdilər. Toyuq cücə saxlayırdılar, xırdabuynuzlu, iribuynuzlu mal-qara saxlayırdılar. Süd, qatıq kəndə həmişə hər bir on təsərrüfatdan birində var idi. Saxlayırdılar, özlərini də təmin edirdilər və qonşulara da satırdılar. Bax bu da bir yoldur. Bunun üçün də dövlət şərait yaradıb. İndi mənə elə gəlir ki, bunun təşviqi daha çox lazımdır. Jurnalistlər özləri gedib rayonlarda maraqlanmalıdırlar ki, hansı uğurlu təsərrüfatlar var. Onlardan yazmaq, reportajlar hazırlamaq lazımdır. Təbliğat, təşviqatın böyük rolu var”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR