Bu mövsüm göstərdiyi performansla Avropa komandalarının transfer siyahılarına düşməyi bacaran Ferdi Kadıoğlu ilə "Arsenal"dan sonra daha bir İngiltərə komandası maraqlanır.
"Vest Hem Yunayted" Kadıoğlunu "radar"ına salıb.
Premyer Liqa təmsilçisinin Ferdi üçün 22 milyon avroluq təklif etməyə hazırlaşdığı iddia edilir.
Qeyd edək ki, Ferdi Kadıoğlu bu mövsüm "Fənərbağça"nın heyətində 50 oyun keçirib.
24 yaşlı futbolçu bu matçlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.