İngiltərə 55 yaşlı qadın dezinformasiya yaydığına görə həbs edildi

İngiltərə 55 yaşlı qadın dezinformasiya yaydığına görə həbs edildi
DÜNYA
13:21 09.08.2024
130
İngiltərədə 55 yaşlı qadın sosial şəbəkədə paylaşdığı yalan məlumatlara görə həbs edildi.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İngiltərənin polisi məlumat yayıb.

Polisin açıqlamasında Çesterdə yaşayan qadının bu gün saxlanıldığı qeyd edilib və 55 yaşlı qadın dünən irqi ədavət salmaqda və dezinformasiya məqsədilə yazılı material dərc etməkdə şübhəli bilinərək saxlanılıb.

 
Britaniya mediası həbsdə olan qadının Bernadette Spofforth adlı iş adamı olduğunu açıqlayıb.
 
Təcavüzkarın kimliyi ilə bağlı yalan məlumat paylaşdığını etiraf edən, lakin onun paylaşımının eksremistlərin xaosunun alovlandırdığını qəbul etməyən Spofforth özünü müdafiə edərək deyib:
 
"Mənim yazımın ölkədəki şiddətlə heç bir əlaqəsi yoxdur. Amma qəbul edirəm ki, bir Rusiya xəbər saytı mənbə kimi mənim yazımdan istifadə edib”.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR