Ötən gün dünyanın futbol meydanlarında bir sıra maraqlı yoldaşlıq görüşləri keçirilib. AZXEBER.COM-un məlumatına görə, maraq doğuran oyunlar sırasında İngiltərə-Hollandiya, İspaniya-Venesuela, Almaniya-Fransa, İsveçrə-Argentina, Xorvatiya-İsveç, İtaliya-ABŞ, Türkiyə-Slovakiya və başqa qarşılaşmalar var idi. Matçlarda qeydə alınan nəticələrdə Hollandiya səfərdə İngiltərə üzərində 3:2, Fransa isə Almaniya üzərində 2:1 hesabı ilə qələbə qazanıb. İspaniya Venesuelanı 5:0, Argentina İsveçrəni 3:1, İsveç isə Xorvatiyanı eyni hesabla məğlub edib. İtaliya isə doğma meydanda ABŞ kollektivinə 0:1 hesabı ilə uduzub. Türkiyə də Slovakiyaya məğlub olub 1:2.