İngiltərə Avropa çempionu oldu

İngiltərə Avropa çempionu oldu
İDMAN
09:59 29.06.2025
226
21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatı başa çatıb.

AZXEBER.COM xəbər verir ki, finalda Almaniya və İngiltərə milliləri üz-üzə gəlib.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə İngiltərə yığması qələbə qolunu vurmağı bacarıb - 3:2.

Bununla da İngiltərənin U-21 millisi tarixində 4-cü dəfə Avropa çempionu olub. 

Qeyd edək ki, İngiltərə yığması Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. Millimiz hər iki görüşdə ingilislərə böyük hesabla uduzub - 1:5, 0:7.
 
///"Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR