İngiltərə İsrailə xəbərdarlıq etdi

DÜNYA
11:20 26.11.2013
901
"İsrail, İranla əldə olunan razılaşmaya zərbə vuracaq işlərdən əl çəkməlidir".AZXEBER.COM-un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İngiltərənin xarici işlər naziri Uilyam Hagye bildirib. O, parlamentin aşağı palatasında çıxışı zamanı Cenevrədə İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya (5 +1) arasında aparılan danışıqlar və əldə edilən razılaşma ilə bağlı məlumat verib.O, bildirib ki, İsrail daxil olmaqla, dünyadakı bütün qüvvələr bu müqaviləyə zərbə gətirəcək addımlar atmaqdan vaz keçməlidir: "Biz bu qüvvələri bütün vasitələrlə belə addımlardan uzaqlaşdıracaq və bundan sonra bu razılaşmanın arxasında dayanacağıq".İranla razılaşmanın, Yaxın Şərqdə təhlükəsizliyi təmin etmək və dünya daxilində nüvə silahların yayılmasının qarşısını almaq üçün atılan mühüm addım olduğunu dilə gətirən Hagyenin sözlərinə görə, razılaşma 6 ay müddətinə bağlanıb və ortaq qərarla yenilənəcək.

OXŞAR XƏBƏRLƏR