İngiltərə klubu 4 futbolçusu ilə vidalaşdı

İDMAN
19:37 05.06.2024
202
Ötən mövsüm İngiltərə Premyer Liqasını 5-ci pillədə başa vuran "Tottenhem Hotspur" yeni mövsüm öncəsi heyətində dəyişikliklərə davam edir.

Transfer çalışmalarını davam etdirən London komandasında baş məşqçi Ance Postecoqlou komandadan ayrılacaq futbolçuları müəyyən edib.

İngiltərə klubunda müqaviləsi başa çatan Yafet Tanqanqa, Rayan Sessenyon, Erik Dayer və İvan Perişiçlə müqavilənin uzadılmaması qərara alınıb.

OXŞAR XƏBƏRLƏR