İngiltərənin "Arsenal" klubu futbolçusu Uilyam Saliba ilə müqavilənin müddətini uzadacaq.
"Topçular" yeni sözləşmə ilə bağlı müdafiəçi ilə razılığa gəlib.
Yaxın günlərdə rəsmi açıqlamanın olacağı gözlənilir.
24 yaşlı oyunçunun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, Uilyam Saliba "Arsenal"ın heyətində meydana çıxdığı 139 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
\report