İngiltərə klubunun 7 azarkeşi İtaliyada saxlanılıb

İngiltərə klubunun 7 azarkeşi İtaliyada saxlanılıb
İDMAN
19:46 06.05.2022
356
İngiltərənin "Lester" klubunun 7 azarkeşi İtaliyada saxlanılıb.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, buna fanatların "Roma"ya qarşı UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda stadionun stüardlarına hücum etməsi səbəb olub.

Hadisənin matçın sonlarında baş verdiyi bildirilib. Qarşıdurma zamanı 6 stüard və 5 polis əməkdaşı xəsarət alıb.

Qeyd edək ki, görüş "Roma"nın qələbəsi ilə yekunlaşıb - 1:0. İlk qarşılaşmada rəqibi ilə 1:1 hesablı heç-heçə edən "canavarlar" finala yüksəlib. Paytaxt təmsilçisi mayın 25-də həlledici qarşılaşmada Niderland "Feyenoord"u ilə ilə üz-üzə gələcək.
OXŞAR XƏBƏRLƏR