İngiltərənin "Mançester Yunayted" klubunun və Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeş Səudiyyə Ərəbistanının iki klubundan təklif alıb.
29 yaşlı yarımmüdafiəçiyə millidəki komanda yoldaşı Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr”, həmçinin "Əl-İttihad” klublarından dəvət gəlib.
B.Fernandeşin "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, 2023/2024 mövsümündə yarımmüdafiəçi İngiltərə klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 48 matçda 15 qola və 13 məhsuldar ötürməyə imza atıb.
///Report