İngiltərə kraliçası II Elizabetin dəfn mərasiminə bu qədər pul xərcləndi - FANTASTİK MƏBLƏĞ

İngiltərə kraliçası II Elizabetin dəfn mərasiminə bu qədər pul xərcləndi - FANTASTİK MƏBLƏĞ
DÜNYA
11:50 19.05.2023
344
İngiltərə kraliçası II Elizabetin dəfn mərasimi və ölkədə milli matəm prosesində olan təşkilatların xərci məlum olub.

AZXEBER.COM xəbər verir ki, Böyük Britaniya Xəzinəsinin Baş katibi Con Qlenin TBMM-ə göndərdiyi açıqlamaya görə, kraliçanın 8 sentyabr 2022-ci ildə vəfatından sonra 10 gün davam edən milli matəm prosesi və dəfn mərasimi üçün aidiyyatı qurumların xərcləri məlum olub.

Bu dövrdə təşkilatların xərci təxminən 162 milyon funt sterlinq olub. Bu məbləğin ən böyük hissəsi, yəni 73,7 milyon funt-sterlinq Daxili İşlər Nazirliyi tərəfindən xərclənib.

Qlenin açıqlamasında Kraliça Elizabetin ölümündən sonra minlərlə insanın öz hörmət və sevgilərini göstərmək üçün ölkə daxilində səyahət etdiyini və hökumətin prioritetinin bu prosesdə ictimai təhlükəsizliyi və təşkilatların hörmətini təmin etmək olduğunu bildirib.

Ayşən

OXŞAR XƏBƏRLƏR