İngiltərə mətbuatı ‘Qarabağ’ haqqında: ‘Vətən üçün mübarizə aparırmış kimi vuruşurdular’

İDMAN
13:22 18.09.2015
2860
Son Azərbaycan çempionu "Qarabağ" dünən Avropa Liqasının qrup mərhələsinin ilk matçı çərçivəsində Londonda "Tottenhem"in qonağı oldu. Komandamız oyundan məğlub ayrılsa da, sonadək mübarizə apardı və yüksək əzmi ilə Avropada özündən söz etdirməyi bacardı.
İngiltərə mətbuatı da təmsilçimizə biganə qalmayıb.
İngilis həmkarlarımız Ağdam təmsilçisi haqda maraqlı yazı hazırlayıb. Yazıda ilk növbədə "Qarabağ"ın işğal olunmuş Ağdam şəhərini təmsil etdiyi qeyd olunub: "Qarabağ" haqqında danışmadan öncə bu komandanın təmsil olunduğu şəhərin faciəli tarixini yada salmamaq mümkün deyil. Ağdam şəhəri 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Dünyanın ən böyük qarabasma şəhəridi. Müharibə nəticəsində minlərlə insan həlak olub. Buna görə "Qarabağ" məcburən Bakıda məskunlaşır. Son illərdəki nəticələrinə görə "Qarabağ" Azərbaycanın qürur mənbəyidi. Onlar Avropa Liqasında vətən üçün mübarizə aparırmış kimi vuruşurlar".
Bundan başqa yazıda klubun baş məşqçisi Qurban Qurbanovdan da söz açılıb: "Sözsüz ki, "Qarabağ"ın uğurlarının baş memarı Azərbaycan milli komandasında 67 oyun keçirmiş Qurban Qurbanovdu. Onun cəmi 43 yaşı var. 2008-ci ildən də Ağdam klubuna başçılıq edir. Onun başçılığı ilə ötən mövsüm "atlılar" Hollandiyanın "Tvente" klubunu sıradan çıxararaq ilk dəfə tarixində Avroliqanın qrup mərhələsinə qatılmaq imkanı əldə edib. "Qarabağ"ı "Qafqazın Barselonası" da adlandırırlar. Bu da təsadüfi deyil. Komandanın baş məşqçisi Qurban Qurbanov 2009-cu ildə Pep Quardiola ilə görüşmüş, onun təcrübəsindən də istifadə etmişdi".
Yazıda "Qarabağ"ın Avropa səviyyəli komanada olduğu qeyd olunub: "Qrupda "Sent-Etyen", "Dnepr", "İnter" kimi komandalarla mübarizə aparan "Qarabağ" pley-offa yalnız hakim səhvinə görə çıxa bilmədi. Bu dəfə onlar Çempionlar Liqasında "Seltik"lə mübarizədən məğlub ayrılsa da, İsveçrə "Yanq Boyz"unu 1:0 və 3:0 hesabları ilə keçərək, ikinci dəfə Avroliqanın qruplarına qatıldı. "Tottenhem"in rəqibi olan "Qarabağ" Avropa səviyyəli komandadı. Klub lazımı təcrübəni yığa bilib. Düzdü, qrupda şansları azdı. Amma həm Monako, həm də İngilis klubuna qarşı təhlükə yarada biləcək gücdədi".
Bundan başqa ingilis həmkarlarımız "Qarabağ"ın hazırkı kapitanı Rəşad Sadıqov və klubun əfsanələrindən olmuş, Allahverdi Bağırovdan da bəhs ediblər: "Qarabağ"ın xüsusi çəkisi var. Sanki işğal olunmuş bütün ərazilər bu komandanın arxasında birləşib. Klubun kapitanı Rəşad Sadıqovu "Qarabağ"ın canlı əfsanəsi hesab etmək olar. O, 2009-cu ildən bu komandanın vazkeçilməz üzvüdür. Sadıqov həm də, Azərbaycan millisinin kapitanıdı. Əfsanələrdən söz düşmüşkən, Allahverdi Bağırovu yaddan çıxarmaq olmaz. Bağırov bu komandanın baş məşqçisi olub. Müharibə zamanı isə batalyon yaradıb və bir çox insanın həyatını xilas edib. Lakin 1992-ci ildə şəhid olub. Ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Yəqin ki, Ağdam işğaldan azad olunsa, stadiona da onun adı veriləcək".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
23:56 26.02.2025
ABŞ və Rusiya İstanbulda görüşür: "Ukrayna müzakirə olunmayacaq" – Dövlət Departamenti
23:54 26.02.2025
Türkiyə kəşfiyyatı əməliyyat keçirdi - Reyhanlı terrorçusu saxlanıldı
23:52 26.02.2025
HƏMAS dörd girovun meyitini İsrailə təhvil verəcək
23:48 26.02.2025
Zelenski Ukrayna Ordusu Birləşmiş Qüvvələrinin komandanını vəzifəsindən azad edib
23:41 26.02.2025
"Beş dəqiqə içində anam canını tapşırdı" - İlkin hadisədən danışdı
23:27 26.02.2025
Bakıda valideynlə müəllim arasında mübahisə ÖLÜMLƏ BİTDİ: Dəhşətli hadisənin TƏFƏRRÜATI
22:59 26.02.2025
Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının növbəti görüşünün yeri məlum olub
22:53 26.02.2025
Tramp: Ukrayna artıq NATO-ya üzvlüyü yaddan çıxara bilər
22:50 26.02.2025
Bakıda bu küçədəki dükanlar kütləvi şəkildə bağlanır - Səbəb nədir?
22:18 26.02.2025
Generalın 21 yaşlı oğlunun vəfatı ilə bağlı TƏFƏRRÜAT
22:16 26.02.2025
Məşhur aktrisa 39 yaşında vəfat etdi
22:11 26.02.2025
Tramp: ABŞ-nin Ukraynadakı əsas məqsədi qan tökülməsini dayandırmaqdır
22:05 26.02.2025
Tramp açıqladı: Zelenski cümə günü ABŞ-yə gələcək
21:56 26.02.2025
BOK prezidenti istefa verdi
21:47 26.02.2025
Paşinyan: Azərbaycanla sülh müqaviləsinin iki bəndi hələ də razılaşdırılmayıb
21:38 26.02.2025
Bakının bu yollarında sürət həddi endirildi