İngiltərə millisinin futbolçularını təhqir edən şəxs həbs olundu

İngiltərə millisinin futbolçularını təhqir edən şəxs həbs olundu
İDMAN
19:58 14.07.2021
1152
Sosial şəbəkələrdə İngiltərə millisinin futbolçuları ilə bağlı irqçi paylaşımlar edən şəxs həbs olunub.

Eşton-na-Mersi bölgəsindən olan 37 yaşlı şübhəli sorğu-sual üçün polis idarəsinə aparılıb.

O, sözügedən paylaşımı iyulun 11-də İtaliyaya qarşı Avropa çempionatının final oyunundan sonra edib. Trafford polisi istintaqın davam etdiyini bildirib.

Qeyd edək ki, İngiltərə millisi finalda İtaliyaya 1:2 hesabı ilə uduzub.
 
///Report
OXŞAR XƏBƏRLƏR