AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın yeni Baş Qərargah rəisi general Sir Patrick Sanders 3-cü Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edib. Sandersin açıqlamaları təkcə Britaniya mətbuatında deyil, bütün dünyada geniş işıqlandırılıb.
İngiltərənin Mirror qəzetinin xəbərinə görə, Sanders əsgərlərə mümkün 3-cü Dünya Müharibəsində Rusiya ordusu ilə döyüşməyə hazırlaşmalı olduqları barədə mesaj göndərib. Sanders xəbərdarlıq edib ki, qoşunlar yenidən Avropada döyüşməyə hazır olmalıdır, çünki Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsizliyin yeni dövrünə gətirib çıxarır.
Ayşən