İngiltərədə 3-cü doza peyvəndlənmə başlayır

İngiltərədə 3-cü doza peyvəndlənmə başlayır
DÜNYA
13:25 09.09.2021
906
İngiltərə 3-cü doza peyvəndə hazırlaşır.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, İngiltərə Səhiyyə Nazirliyi 3 dozalı koronavirus peyvəndinin elanının yaxın günlərdə veriləcəyini bildirib.

Səhiyyə naziri, "Üçüncü peyvənd dozasını kimin və nə vaxt alacağı ilə bağlı bir neçə gündən sonra JCVI dən son məsləhətləri gözləyirik"- fikrini söyləyib.

Üçüncü dozanın indiki peyvəndlərlə eyni və ya fərqli olması ilə bağlı məlumat daxil olmasını gözlədiklərini vurğulayan nazir üçüncü dozanın bu ay tətbiq olunacağına əmin olduğunu da vurğulayıb.

3-cu doz peyvəndlər 12-15 yaşlarında olan uşaqlara ailələrinin icazəsi ilə vurulacaq.

Onu da qeyd edək ki, İngiltərədə COVİD-19 səbəbindən gün ərzində ölənlərin sayı pik həddə çatıb. Belə ki, gündəlik itkilər 200-ü keçməyə başlayıb.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR