İngiltərədə rekord istilər iqtisadiyyata milyardlarla zərər vurur

İngiltərədə rekord istilər iqtisadiyyata milyardlarla zərər vurur
DÜNYA
14:33 12.08.2026
528
İngiltərədə bu ilin may-iyul aylarında müşahidə olunan isti hava dalğalarının ölkə iqtisadiyyatına ən azı 4,4 milyard funt sterlinq zərər vurduğu hesablanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Verdant” düşüncə qurumunun apardığı araşdırmada məlumat verilib.

Təhlilə əsasən, İngiltərədə may ayından iyulun sonunadək ümumilikdə dörd isti hava dalğası qeydə alınıb. Bu dövrdə yüksək temperaturun iqtisadiyyata vurduğu zərərin may ayında 510 milyon, iyunda 2,36 milyard, iyulda isə 1,5 milyard funt sterlinq olduğu təxmin edilir.

Məlumata görə, iqtisadi itkilərin əsas səbəbi isti hava səbəbindən yaranan istehsal azalması olub. Ən ciddi itkilər ölkənin cənub-şərqində, Londonda və bəzi digər bölgələrdə qeydə alınıb.

Araşdırmada qeyd olunub ki, yüksək temperaturun təsirlərinin qarşısının alınması üçün lazımi tədbirlər görülməzsə, isti hava dalğalarının yaratdığı iqtisadi itkilər 2030-cu ilə qədər 25,6 milyard funt sterlinqə çata bilər.

"Verdant”ın həmsədri və hesabatın müəllifi Ceyms Midvey bildirib ki, iqlim dəyişikliyi ilə əlaqədar iqtisadi itkilər artıq artmağa başlayıb və qarşıdakı illərdə vəziyyət daha da ağırlaşa bilər.

Onun sözlərinə görə, hökumətin işçiləri və müəssisələri ekstremal istilərin təsirlərindən qorumaq üçün tədbirlər görməsi artıq gecikib.

Qeyd edək ki, İngiltərədə bu həftə ilin beşinci isti hava dalğası yaşanır. Sabah temperaturun 36-37 dərəcəni keçəcəyi gözlənilir.

Bununla yanaşı, İngiltərə Ətraf Mühit Agentliyi ölkə ərazisinin 71,3 faizi üçün rəsmi quraqlıq elan edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
10:11 18.10.2026
Salyanda avtomobil aşıb - 3 nəfər xəsarət alıb
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
10:07 18.10.2026
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib