İngiltərədə təhlükəli it cinsləri qadağan edilə bilər

İngiltərədə təhlükəli it cinsləri qadağan edilə bilər
DÜNYA
19:12 12.09.2023
275
İngiltərədə American Bully XL cinsi it 11 yaşlı kiçik qıza hücum etdikdən sonra Britaniya Daxili İşləri nazirliyi təhlükəli it cinslərinin qadağan edilməsi üçün işə başlayıb.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə 11 yaşlı uşağa və ətrafdakı insanlara hücum edən Amerikan Bully XL itinin görüntülərinin sosial mediada yayılmasından sonra açıqlama verən İngiltərə Daxili İşlər Naziri Suella Braverman, qadağa üçün işlərə başladıqlarını açıqlayıb.

Daxili İşlər Naziri Suella Braverman son hücumla bağlı açıqlama verib: 

"Bu, çox dəhşətlidir. American XL Bully icmalarımız, xüsusən də uşaqlar üçün açıq və ölümcül təhlükədir. Biz belə davam edə bilmərik. Mən onları qadağan etmək üçün təcili tövsiyələr verdim”,- deyə o qeyd edib. 

Şəbnəm
OXŞAR XƏBƏRLƏR