İngiltərədən daha bir jest: Ankaradakı səfirliyində Ukrayna bayrağı asdı - VİDEO

İngiltərədən daha bir jest: Ankaradakı səfirliyində Ukrayna bayrağı asdı - VİDEO
DÜNYA
14:17 25.02.2022
509
İngiltərənin Ankaradakı səfirliyində Ukrayna bayrağı asılıb.

AZXEBER.COM xəbər verir ki, Böyük Britaniyanın Ankaradakı səfirliyi Ukrayna xalqına dəstək və həmrəylik məqsədilə səfirlik binasına Ukrayna bayrağını asıb.

Böyük Britaniya və Ukrayna bayraqlarının əks olunduğu foto səfirliyin "Twitter” hesabında paylaşılıb:

"Ukraynalı dostlarımızla həmrəy olaraq, Ukrayna bayrağını dalğalandırırıq. Böyük Britaniya Rusiyanın azadlıq və demokratiyaya qarşı əsassız hücumu qarşısında Ukrayna xalqının yanındadır".

Ukraynanın Ankaradakı səfirliyi də bu mesajı "Twitter” hesabında "Dəstəyiniz və həmrəyliyiniz üçün təşəkkür edirik” mesajı ilə paylaşıb.

Ayşən