İngiltərəli futbolçu Bundesliqada yeni rekorda imza atıb

İDMAN
19:14 20.02.2023
234
"Borussiya" (Dortmund) klubunun futbolçusu Cud Bellingem Almaniya Bundesliqasında yeni rekorda imza atıb.

İngiltərəli oyunçu buna XXI turda "Herta"nı 4:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Yarımmüdafiəçi Almaniya çempionatında ən gənc yaşda 50 qələbə qazanan futbolçu adına sahib çıxıb. O, bunu 19 yaş 235-ci günündə bacarıb.

Daha əvvəl rekord hazırda Portuqaliya "Benfika"sının formasını geyinən Yulian Drakslerə məxsus idi.

Qeyd edək ki, Cud Bellingem 2020-ci ildən "Borussiya"nın əsas komandasında çıxış edir.
 
///Report
OXŞAR XƏBƏRLƏR