İngiltərənin müdafiəçisi dünya çempionatında iştirak etməyə bilər

İngiltərənin müdafiəçisi dünya çempionatında iştirak etməyə bilər
İDMAN
14:49 10.05.2018
3362

İngiltərə milli komandasının və "Tottenhem" klubunun futbolçusu Kiran Trippe İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış "Nyukasl Yunayted"lə görüşdə xəsarət alıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin zədəsi ciddidir. 

O, Rusiyada keçiriləcək dünya çempionatında iştirak etməyə bilər. Oyundan sonra keçirilən mətbuat konfransında London təmsilçisinin baş məşqçisi Maurisio Poçettino futbolçunun yaşıl meydanlara tez qayıdacağına ümid etdiyini söyləyib.

Qeyd edək ki, "Tottenhem" - "Nyukasl" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR