Çingiz Abdullayev “Şərəf” ordeni ilə təltif edildi

MƏDƏNİYYƏT
17:52 09.04.2019
11673
Prezident İlham Əliyev Çingiz Abdullayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Çingiz Akif oğlu Abdullayev "Şərəf" ordeni ilə təltif edilsin".

OXŞAR XƏBƏRLƏR