Qaradağda Milli Qurtuluş Gününə həsr olunan konsert keçirildi - FOTOLAR

Qaradağda Milli Qurtuluş Gününə həsr olunan konsert keçirildi - FOTOLAR
MƏDƏNİYYƏT
13:02 12.06.2026
885
 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli” çərçivəsində, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkının qarşısında möhtəşəm "Milli Qurtuluşdan – Zəfərə” adlı bayram konsert proqramı keçirilib.

AZXEBER.COM xəbər verir ki,  tədbirin aparıcısı telejurnalist və aparıcı Zümrüd Şahova olub. Konsert proqramında Azərbaycanın tanınmış incəsənət nümayəndələri, Əməkdar Artist Aybəniz Haşımova, estradamızın sevilən müğənnilərindən Rövşən Səfərov, Fərid Mərd, yeni ulduz, beynəlxalq müsabiqələr laureatı Aynur Yusifova, eləcə də digər sənətçilər çıxış edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar.

Bayram tədbirində xanəndələrin ifaları, Qaradağ Rayon 7 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin "Arzu” rəqs kollektivinin rəngarəng çıxışları da böyük maraqla qarşılanıb. Musiqi və rəqs nömrələri tədbirə xüsusi ovqat qataraq iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramında Qaradağ rayon sakinləri, şəhid ailələri, qazilər və rayonun qonaqları iştirak ediblər. Milli birlik və həmrəylik ruhunda keçən tədbir yüksək əhval-ruhiyyə ilə yadda qalıb.

Qeyd edək ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və ölkənin inkişaf yoluna çıxmasında mühüm rol oynayan tarixi gündür. Bu əlamətdar tarix münasibətilə təşkil olunan tədbir iştirakçılara bayram ovqatı bəxş edib və böyük rəğbətlə qarşılanıb.

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
17:47 29.10.2026
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
17:43 29.10.2026
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
17:38 29.10.2026
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
17:34 29.10.2026
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
17:29 29.10.2026
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
Bakıda idmançı məşq zamanı öldü
17:17 29.10.2026
Bakıda idmançı məşq zamanı öldü
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
17:17 29.10.2026
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
Ceyranbatanda 10 şagird zəhərləndi
16:54 29.10.2026
Ceyranbatanda 10 şagird zəhərləndi
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
16:40 29.10.2026
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
16:22 29.10.2026
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
16:16 29.10.2026
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
16:08 29.10.2026
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Əli Əsədov Gürcüstanda səfərdədir
16:01 29.10.2026
Əli Əsədov Gürcüstanda səfərdədir
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
15:43 29.10.2026
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
15:35 29.10.2026
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA