Çingiz Əsgərov Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarını şərh edib

Çingiz Əsgərov Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarını şərh edib
SİYASƏT
16:39 27.05.2020
1064
"Bu qərar demək olar ki, obyektiv bir qərardır. Avropa İnsan Hüquqları Məhkəməsi öz presedent hüququna əsaslanan qərar qəbul edib”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının "Hədəf” verilişində Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) salahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib. O, bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 26 may tarixli "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarının belə olacağı təxmin edilirdi:

"Biz qərarları təhlil edəndə bilirdik ki, hansı nəticəyə gəlinə bilər. Məsələ burasındadır ki, ermənilər Məhkəmənin bu qərarını və qərarın nəticələrini təhrif etməyə çalışır. Ermənilər sübut etməyə çalışırlar ki, Ramil Səfərovun əməlinin arxasında Azərbaycan dövləti dayanır, buna görə Azərbaycan beynəlxalq hüquqi məsuliyyət daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsi isə birmənalı olaraq deyib ki, Azərbaycan Hökuməti Ramil Səfərovun əməlinə görə beynəlxalq hüquqi məsuliyyət daşıya bilməz. Bu, Məhkəmənin gəldiyi nəticədir. Ona görə, ermənilərin nəticəni təhrif etməsi təəccüb doğurur”.
Təzminat məsələsinə gəldikdə isə Ç.Əsgərov deyib ki, ilk növbədə Məhkəmənin qərarında birmənalı olaraq deyilib ki, Azərbaycan dövləti qərarın icrası üçün heç bir fərdi tədbirlər həyata keçirməməlidir. Yəni bu qərarla Azərbaycanın üzərinə heç bir öhdəlik qoyulmayıb. Təzminat məsələsinə gəldikdə isə qərarda göstərilən yalnız məhkəmə xərcləridir, ərizəçilərə hüquqi yardım göstərmiş vəkillərə pul ödənilməsidir. Bundan başqa maddi və mənəvi zərərə görə kompensasiya müəyyən edilməyib”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir