Gənc müğənni Çingiz Mustafayev Azərbaycanı “Yurmala” mahnı müsabiqəsində təmsil edəcək.
AZXEBER.COM-un məlumatına görə, bu haqda Emin Ağalarov bu gün keçirilən mətbuat konfransında danışıb.
O, deyib ki, yaxın aylarda müsabiqəyə yollanacaq Çingizi özü konsertin təşkilatçılarına tövsiyə edib.“Çünki Çingiz çox maraqlı ifaçıdır. İstedadı olmasaydı, mən onu tövsiyə etməzdim. Amma bu o demək deyil ki, Çingiz bu müsabiqədəki iştirakına görə mənə borcludur”.Qeyd edək ki, Ç.Mustafayev “Yurmala”da üç mahnı ifa edəcək.