Çingiz Mustafayev söz verdiyi filmi təqdim etdi - VIDEO
MAQAZİN
16:31 31.03.2015
2434
Gənc və istedadlı müğənni Çingiz Mustafayev özünü resissor kimi də sınayıb.Müğənninin uzun müddətdir üzərində çalışdığı film artıq tamaşaçıların etinarına verilib. Film barəsində AZXEBER.COM-a danışan sənətçi, çətin olsa da, işinin öhdəsindən layiqincə gəldiyini bildirib: "Bu gün 31 Mart Azərbaycanlıların Soyqırımı günü kimi tarixi yaddaşımıza yazılıb. Mən bir gənc vətən oğlu kimi bütün ürəyimi bir filmdə qoydum - O film “QİYAM” sənədli filmidir. Baş qəhrəmanım və mənim dərin hisslərim özünü hər kadrda əks ettirir. Ağrılı bir mövzu üzərində 37 dəqiqədən ibarət bir film çəkdim. Iki dəfə bu filmimin təqdimatı baş tutdu və təsirlənənləri, gözyaşlarına hakim ola bilməyənləri gördüm. Bu filmi məhz elə Soyqırım günü şəxsi "youtube"kanalımda paylaşdım. Düşünürəm hər biriniz mənim kimi vətəni çox sevir və dərdlərinə şərik olur. Çox sağ olunki, hər zaman mənim yanımda olursunuz".