Çingiz Qənizadə MSK-nın qərarından danışdı: “Seçicilərim zəng edib ağlayırdılar”

Seçki2020
11:40 14.02.2020
3477
"Dünəndən seçicilərim, mənə kömək edən insanlar, müşahidəçilərim, təbliğatçılarım, ağsaqqallar, ziyalılar zənglər edirlər. Onlardan bir neçəsi mənə təsir etdi, kövrlədilər, hətta ağlayanlar da var”.

AZXEBER.COM xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmiş 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə deyib.

O bildirib ki, MSK-ya şikayət olunan məntəqələrdə nə baş verdiyini hələ də bilmir: "Dünənə qədər 80 saylı İmişli-Beyləqan seçki dairəsinə heç bir şikayət daxil olmamışdı. Ona görə bunları görmədən fikir söyləyə bilmərəm. Eyni zamanda bəyan edirəm ki, Mərkəzi Seçki Komissiyasının qərarına hörmətlə yanaşıram”.

Ç.Qənizadə qeyd edib ki, nəticələri MSK tərəfindən ləğv edilmiş 4 dairə 5 il müddətində boş qala bilməz: "Seçicilərin haqqı var ki, parlamentdə onları təmsil edəcək nümayəndələri olsun. Bu gedişdən hiss olunur ki, hələ bir neçə dairə haqqında da müvafiq qərarlar qəbul olunacaq. O baxımdan həmin dairələrdə təkrar seçkilər keçiriləcək. Əgər yeni seçkilər keçiriləcəksə, bu seçkidə iştirakla bağlı israrlı olacağam. Çünki 10 il ərzində bu dairədə kifayət qədər görüşlər keçirmişəm. Hər il seçicilərimlə görüşlərdə olmuşam. Ümumilikdə, hər 5 ildə 250-dən çox görüş keçirmişəm. Yüzlərlə insanı qəbul edib, onlara dəstək vermişəm. Əgər seçkilər qısa zaman ərzində, yaxın 3-5 ay müddətində keçirilərsə, iştirakla bağlı qərar qəbul edəcəyəm”.

Hüquq müdafiəçisi olduğunu vurğulayan Ç.Qənizadə bildirib ki, onun üçün seçkidə iştirakla bağlı konkret hansısa dairə anlayışı yoxdur: "Hüquq müdafiəçisi olaraq parlamentdə işim ikiqat-üçqat çətin idi. Çünki mənə ölkənin hər bir yerindən müraciətlər olurdu. Bildirəndə ki, o dairəni təmsil etmirəm, haqlı olaraq hüquq müdafiəçisi olduğumu xatırladırdılar və ölkənin hər bir nöqtəsindən olan müraciətə baxmalı olurdum. Bu baxımdan gələcəkdə hansı dairədən namizədliyimin verilməsi məsələsinə bir daha baxaram. Çünki dairənin bir o qədər önəmi yoxdur. Bu dairə də, digərləri də mənə doğmadır. Əgər seçkilər keçiriləcəksə, digər dairələrdən namizədliyimin verilib-verilməməsi məsələsi tərəfimdən təhlil olunacaq və müəyyən qərar veriləcək. Hansı dairədən olmasından asılı olmayaraq, Azərbaycan parlamentində olmaq, millət vəkili kimi fəaliyyət göstərmək və qanunvericiliyin yaradılmasında aktiv iştirak etmək, cənab Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın apardığı islahatlara dəstək vermək, təhlil etmək, ölkənin daxili və xarici siyasətində baş verənləri seçicilərə çatdırmaq böyük şərəfdir. Bu proseslərdə iştirak etmək üçün namizdəliyimi dairələrdən birindən irəli sürmək barədə düşünəcəm. Bunu zaman göstərəcək. Hələlik MSK öz işindədir, nəticələri yoxlayır. Ümid edirəm ki, bu məsələlər başa çatdıqdan sonra mətbuat üçün bir daha açıqlama verə bilərəm”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:34 01.10.2020

Rusiyalı deputat: “Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, münaqişə həll olunmayacaq”

12:25 01.10.2020

Çeçenistan hökumətindən Azərbaycana dəstək - FOTO

12:20 01.10.2020

Bostonda “Qarabağ Azərbaycandır” plakatı asıldı - Foto

12:17 01.10.2020

Avropa İttifaqı Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

12:11 01.10.2020

Rusiya mənbələri təsdiqlədi - Xankəndi yaxınlığında S-300-lər sıradan çıxarıldı

12:10 01.10.2020

Azərbaycana məxsus təyyarənin vurulması yalandır - RƏSMİ

12:07 01.10.2020

Türk polisindən azərbaycanlı xanıma jest: “Cəzanı onlara ödətdirəcəyik!”

12:00 01.10.2020

Füzuli istiqamətində düşmən texnikasi ələ keçirildi - FOTO

11:56 01.10.2020

Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - RƏSMİ

11:38 01.10.2020

Azərbaycan Beynəlxalq Bankından onlayn köçürmə ilə ordumuza dəstək imkanı

11:21 01.10.2020

Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyur

11:15 01.10.2020

Ordumuz Qarabağda erməni birləşmələrini necə əzir? - Sabiq korpus komandiri açıqladı

11:07 01.10.2020

Düşmənin artilleriya qurğularının məhv edilməsinin - Videosu

10:57 01.10.2020

Azərbaycan PUA-ları Xankəndinin kabusu oldu

10:36 01.10.2020

Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verildi

10:34 01.10.2020

Xanlar Vəliyev: “Fərarilik cinayətlərinin kökü kəsilib”

X Mostbet