Çinin keçmiş lideri Tszyan Tszemin 96 yaşında ölüb. Bu barədə Çin KİV məlumat yayıb. Onun ölümünə orqan çatışmazlığının səbəb olduğu bildirilir. Qeyd edək ki, T.Tszemin 1926-cı ildə anadan olub. O, 1993-2003-cü illərdə Çinin lideri olub.