Çinin sabiq rəhbəri Kommunist Partiyasının qurultayından zorla çıxarılıb - VİDEO

Çinin sabiq rəhbəri Kommunist Partiyasının qurultayından zorla çıxarılıb - VİDEO
DÜNYA
18:21 22.10.2022
326
Çin Xalq Respublikasının (ÇXR) sabiq rəhbəri Xu Szintao Kommunist Partiyasının qurultayından zorla çıxarılıb.

Bunu özündə əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, videoda da göründüyü kimi, Xu Szintao oturduğu yeri tərk etmək istəmir.

Kommunist Partiyasının XX qurultayının axırıncı günü, iclas zamanı 2 nəfər yaxınlaşaraq, Çinin Xalq Respublikasının hazırkı rəhbəri Si Cinpinin yanında əyləşən 79 yaşlı siyasətçini zaldan çıxarır.
OXŞAR XƏBƏRLƏR