Çinin şərqində yerləşən Szyansu əyalətinin Suçjou şəhərində helikopter qəzası nəticəsində azı bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə yerli iqtidar orqanları məlumat yayıb.
Məlumata görə, "Robinson R44 II” helikopterinin pilotu eniş zamanı idarəetməni itirib, nəticədə aparat təxminən 10 metr hündürlükdən yerə çırpılıb.
Helikopterdə olan dörd nəfər müxtəlif xəsarətlər alıb, yerdə bir nəfər ölüb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.
Əyalətin mülki aviasiya idarəsi qəzanın səbəblərini araşdırır.