Çinin xüsusi nümayəndəsi Aİ-nin mənzil-qərargahında görüşlər keçirəcək

Çinin xüsusi nümayəndəsi Aİ-nin mənzil-qərargahında görüşlər keçirəcək
DÜNYA
19:09 19.05.2023
228
Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahına gedəcək.

Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bu gün brifinq zamanı bildirib.

XİN sözçüsü Li Xueyin Ukrayna münaqişəsini müzakirə etmək üçün mənzil-qərargahda görüş keçirəcəyini bildirib.

Venbin çıxışı zamanı onu da vurğulayıb ki, Çin sülh danışıqlarını təşviq etməyə və Ukrayna böhranının siyasi həllinə töhfə verməyə davam etməyə hazırdır.
 
///APA
OXŞAR XƏBƏRLƏR