“Yeni müdafiə nazirinin təyin olunması orduda baş verən neqativ halların qarşısını almaqda böyük köməklik edəcək”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Çingiz Qənizadə söyləyib. Deputat uğurlu inkişaf üçün kadr islahatlarının lazım olduğunu deyib:
“Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalaması və sərəncamda yeni kadrların vəzifəyə cəlb olunmasını yüksək qiymətləndirirəm. Təbii ki, inkişaf üçün uğurlu kadrların seçimi böyük önəm daşıyır. Yeni müdafiə nazirinin təyin olunması isə, orduda baş verən neqativ halların qarşısını almaqda böyük köməklik edəcək. İnkar etmək olmaz ki, hərbidə bir sıra problemlər var.Qeyri-müharibə şəraitində əsgərlərin ölməsi, nizam-intizamda olan bəzi çatışmazlıqlar, zabit-əsgər münasibətlərində olan problemlər bu gün öz həllini gözləyir. Yeni nazir Zakir Həsənovla heç bir şəxsi tanışlığım olmasa da, onun peşəkar bir hərbiçi kimi bu işlərin öhdəsindən gələ biləcəyinə şübhəm yoxdur”.
Əfsələddin Ağalarov