Çinli həkimlər Kim Çen Ina kömək edəcəklər

Çinli həkimlər Kim Çen Ina kömək edəcəklər
DÜNYA
10:30 25.04.2020
2666
Çin Xalq Respublikası Şimali Koreyaya tibbi ekspertlər qrupu yollayıb.

Bu barədə "Reuters” öz mənbəyinə istinadən yazır.

Mütəxəssislərin KXDR-nın lideri Kim Çen Inın səhhəti ilə bağlı məsləhətlər verəcəkləri ehtimal olunur.

"Çinin Kommunist partiyasının beynəlxalq əlaqələr şöbəsinin ali rütbəli əməkdaşının rəhbərliyi altında bir qrup mütəxəssis Pekindən Şimali Koreyaya yollanıb”, - deyə mənbə bildirib.

Xatırladaq ki, aprelin 21-də CNN telekanalı Amerika kəşfiyyatının nümayəndəsinə istinadla Şimali Koreya liderinin ağır ürək əməliyyatı keçirdiyini  bildirmişdi.
 
///Oxu.az

OXŞAR XƏBƏRLƏR