Çinlilər müsəlmanların müqəddəs kitabı olan Qurani Kərimin tərcüməsində səhvlərə yol veriblər. İranda müqəddəs Quranın nəşri və qiymətləndirilməsi idarəsinin direktoru Əhməd Hacı-Şarif ölkəyə Çində nəşr edilən kitabın nüsxələrini gətirməməyə çağırıb. Bu barədə məlumatı "Tehran Times" yazıb. Onun sözlərinə görə, Çində nəşr edilən kitablarda çox sayda səhvə yol verilib. Buna səbəb isə bəzi İran tipoqrafiyalarının xərclərə qənaət edərək müqəddəs kitabı öz ölkələrində deyil, daha ucuz olan Çində nəşr etməyə üstünlük verməsi olub. Hacı-Şarif çinli nəşriyyatçıların Quranın tərcüməsi zamanı riayət edilməli olan ciddi qaydalara da riayət etmədiklərini düşünür. Qeyd edək ki, Çin dünyada dini məhsulların ən böyük ixracatçısından biridir. Belə ki, Nankində yerləşən şirkətlərdən biri dünyada ən çox "İncil" istehsal edir. Hər ay burada 90 dildə milyonlarla kitab nəşr edilir.