‘İnqilab planının olduğuna əminəm’ - Elşən Musayev

MAQAZİN
12:49 03.04.2013
1955

“ABŞ Milli Demokratiya İnstitutu və onun dəstəkçiləri niyə özlərinə əl qatıb görəsən? Azərbaycan iqtidarı nə deyir ki, bunlara? Deyir, 1milyondan artıq məbləğın maliyyə hesabatını ver. Vəssalam. Məgər belə bir təşəbbüslə çıxış etmək qəbahətdirmi, olmazmı? Yoxsa hər yerindən duran Qriqoryevslərə, sifariş qullarına geninə-boluna şərait yaradılmalıdır ki, ürəkləri istəyən yerdə inqilab eləsinlər?”. AZXEBER.COM-un məlumatına görə, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev ABŞ Milli Demokratiya İnstitutu ilə hakimiyyət arasında davam edən qalmaqala münasibət bildirərkən söyləyib. O, daha sonra davam edib: “Mən inqilab planının olduğuna əminəm. Hətta o planın faktlarla ifşa olunduğu qənaətindəyəm. Sadəcə düşünürəm ki, iqtidarın bu məsələdə dözümlü və səbrli davranması prosesləri gərginləşdirməmək istəyi ilə bağlıdır. Ayrıca, Azərbaycan Respublikası Baş Prokurorluğunun da ABŞ səfirinə ünvanlamış olduğu müraciətdə təkzibedilməz sübutlar yer alıb. Və, o müraciəti siyasi anlamda həm də “özünüzü yığışdırın”mesajı kimi qəbul etmək olar. Hərçənd daha sonrakı mərhələdə ABŞ Milli Demokratiya İnstitutunun verdiyi açıqlamalar, Qriqoryevsin sərsəmləmələri, eyni zamanda bəzi qüvvələrin timsalında prosesi siyasi şouya çevirmə cəhdi belə bir qənaətə gəlməyə əsas verir ki, bunların nə özünü yığışdırmaq kimi bir arzusu var, nə də ağıllanmaq istəyi. Belə olan halda isə cəmiyyət tərəfindən sərgilənən geniş miqyaslı təpki, ictimai qınaq tam məntiqəuyğun proses kimi qiymətləndirilməlidir. Çünki, söhbət dövlətçiliyə yönələn təhdiddən gedir. Çünki, mövzu Azərbaycanın bu günü və gələcəyidir”

OXŞAR XƏBƏRLƏR