"İnsan gərək daxilən kişi olsun" - Cavidandan sərt sözlər

"İnsan gərək daxilən kişi olsun" - Cavidandan sərt sözlər
MAQAZİN
14:51 23.02.2026
404
"Bədəninin, çəkinin ağırlığı, xarakterin ağırlığı deyil, bunlar sadəcə görüntüdür. İnsan gərək daxilən kişi olsun!".

AZXEBER.COM xəbər verir ki, bu sözləri aktyor Cavidan Novruz deyib.
 
Aktyor ad çəkmədən dost bildiyi insanların xəyanətindən gileylənib:

"Bəzi adamlar var ki, yanında olanda qardaş deyir, işi düşəndə isə səni səhnənin ortasında tək qoyur. Dünən başqasının mənə etdiyini oturub sənə danışırdım, bu gün eyni hərəkəti özün etdin. Söz verdin, arxayın saldın, sonra səbəbsiz geri çəkildin və məni insanların yanında başıaşağı qoydun.

Deməli problem başqalarında yox, xarakterdə imiş. Dostluq adı ilə gəzən hər kəs dost olmur, bəziləri sadəcə fürsət tapanda insanı yarı yolda qoymağı bacarır. Mən indi kimə nə deməli olduğumu bilirəm, amma sən də bil ki, sözünün çəkisi olmayan adamın özü də yüngül görünür. Bədəninin, çəkinin ağırlığı xarakterinin ağırlığı deyil, bunlar sadəcə görüntüdür. İnsan gərək daxilən kişi olsun".
 
Aysel
OXŞAR XƏBƏRLƏR