İnsan hansı yaşda ölümdən qorxmur?

İnsan hansı yaşda ölümdən qorxmur?
MARAQLI
13:36 19.04.2016
1980
İnsanın hansı yaşda ölümdən qorxmadığı məlum olub. AZXEBER.COM Rusiya mətbuatına istinadən bildirir ki, Kembric Universitetinin alimləri yaşlı insanlar arasında araşdırma aparıblar. Məlum olub ki, 90 yaşdan yuxarı insanlar nəinki ölümdən qorxmurlar, hətta Əzrayılı açıq qucaqla qarşılayırlar.
Belə ki, yaşıdlarından çoxunu dəfn etmiş, yeni nəsil insanlar arasında və yeni dünyada özünü narahat hiss edən qocalar əsasən nostalgiya hissləri ilə yaşayır, başqa zamana aid olduqlarını düşündüklərindən özlərindən gənclərlə ünsiyyətə girə bilmirlər. Həmçinin, ailələrinə yük olacağını düşünürlər. Onlar xəstələnəndə həkimə getmək istəmir, ölüm anını rahat qarşılayırlar. Övladları da qoca valideynlərini xəstəxanaya məcburi aparanda həkimlə danışıb geri göndərilmələrini, evlərində ölmək istədiklərini xahiş edirlər. Bir sözlə, insan yaşamaqdan doyanda, ölümdən də qorxmur.
OXŞAR XƏBƏRLƏR