“İnsan hüquqlarının durumu ABŞ-da yaxşı deyil” – Əli Həsənov

“İnsan hüquqlarının durumu ABŞ-da yaxşı deyil” –  Əli Həsənov
SİYASƏT
15:44 26.06.2015
2147
“Hesab edirik ki, heç bir ölkə hakim qismində çıxış edərək ayrı-ayrı dövlətlərdə bu və ya digər məsələləri öz maraqlarına uyğun şərh və təqdim etmək hüququna malik deyildir. Bu baxımdan ABŞ Dövlət Departamentinin məlum hesabatını ciddi qəbul etməmək və orada əks olunmuş mülahizələrə münasibət bildirməmək də olardı. Lakin bu tipli açıqlamalar media tərəfindən yayıldığına və dünyada neqativ rəyin formalaşmasına səbəb olduğuna görə, Azərbaycanın da mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması zəruridir”.

AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin 2014-cü ildə dünya ölkələrində insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatı ilə bağlı jurnalistlərə müsahibəsində bildirib:

“Bu gün ölkədə onlarla siyasi partiya, yüzlərlə qeyri-hökumət təşkilatı və kütləvi informasiya vasitəsi tam sərbəst fəaliyyət göstərir. İnsanların sərbəst toplaşmaq, öz fikirlərini müstəqil şəkildə ifadə etmək hüququna heç bir maneə törədilmir. Azərbaycanın iqtisadi və maliyyə potensialının güclənməsi, dinamik inkişafı həm də vətəndaş cəmiyyəti institutlarına hərtərəfli dövlət dəstəyinin həyata keçirilməsi üçün geniş imkanlar yaradıb. Bütün bunları nəzərə alaraq, ABŞ Dövlət Departamentinin məlum hesabatında Azərbaycanla bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını, subyektiv və qərəzli xarakter daşıdığını bildiririk. Hesabatda ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir”.

Ə.Həsənov qeyd edib ki, hesabatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə səthi şəkildə toxunulub:

“Əgər ABŞ həqiqətən də dünya ölkələrində demokratiyanın, insan hüquq və azadlıqlarının vəziyyətini şərh etmək niyyətindədirsə, obyektiv görünmək üçün ilk növbədə beynəlxalq hüquqa hörmətlə yanaşmalı və təcavüzkar Ermənistandan BMT qətnamələrinin icrasını tələb etməlidir. Bundan başqa, insan haqlarının vəziyyətinin dəyərləndirilməsi ilə bağlı bütün dünya ölkələrinə, o cümlədən ABŞ-ın özündə yaşanan proseslərə də vahid standart müəyyənləşdirilsin və qiymət verilsin. Hər halda, Ferqyuson və Baltimorda baş verən hadisələr insan hüquqlarının durumunun ABŞ-da da yaxşı olmadığını göstərdi. Həmçinin, ABŞ başda olmaqla bəzi Qərb dairələrinin siyasəti nəticəsində Şərqdə, müsəlman dünyasında hökm sürən acınacaqlı vəziyyətin günahkarlarının və məsuliyyətinin araşdırılması, fikrimizcə, Azərbaycandakı demokratiyanın mikroskop altında təhqiqindən daha aktual görünür. Bütün bu məsələlərə aydınlıq gətirilməmiş ABŞ-ın demokratiya və insan haqlarının durumuna görə hər hansı ölkəni ittiham hədəfinə çevirməsi özünüifşadan başqa bir şey deyildir və dünyada ABŞ-a olan-qalan inamın tam itməsinə xidmət edir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq
10:03 14.03.2026
WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq
Vens: Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir
05:15 14.03.2026
Vens: Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir
KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir
03:42 14.03.2026
KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib
02:18 14.03.2026
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib
27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01:37 14.03.2026
27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
00:41 14.03.2026
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
00:28 14.03.2026
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Telefonunu tutmaq istədi, müvazinətini itirdi: Gəncədəki dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
23:59 13.03.2026
Telefonunu tutmaq istədi, müvazinətini itirdi: Gəncədəki dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
“Qavaldaş nağara" sındırıldı - Məhkəmə bitdi
23:49 13.03.2026
“Qavaldaş nağara" sındırıldı - Məhkəmə bitdi
İsrail ordusu Tehranda "Bəsic" qərargahlarına zərbələr endirdiyini açıqlayıb
23:39 13.03.2026
İsrail ordusu Tehranda "Bəsic" qərargahlarına zərbələr endirdiyini açıqlayıb
Güclü maqnit qasırğası gözlənilir
23:34 13.03.2026
Güclü maqnit qasırğası gözlənilir
Müctəba Xamenei barədə məlumat verənə 10 milyon dollar vəd edildi
23:25 13.03.2026
Müctəba Xamenei barədə məlumat verənə 10 milyon dollar vəd edildi
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO
23:12 13.03.2026
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO
Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır
22:58 13.03.2026
Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır
Abbas Əraqçi Türkiyəyə təşəkkür edib
22:44 13.03.2026
Abbas Əraqçi Türkiyəyə təşəkkür edib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
22:40 13.03.2026
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb