İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama

İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
SOSİAL
16:55 27.07.2026
848
İnsanların həyat boyu daim nəyinsə axtarışında olması diqqət çəkən psixoloji və sosial davranışlardan biri hesab olunur. Daha yaxşı iş, daha yüksək gəlir, daha rahat həyat, daha uğurlu gələcək və ya ideal partnyor arzusu bir çox insanı davamlı olaraq yeni hədəflərə yönəldir. Maraqlıdır ki, insanlar bəzən uzun müddət arzuladıqları məqsədə çatdıqdan sonra belə bununla kifayətlənmir, daha yaxşısını əldə etmək üçün yeni axtarışlara başlayırlar. Bu isə "niyə insan heç vaxt tam doyum hissi yaşamır?” sualını yenidən gündəmə gətirir. 

Bəs insanı daim daha artığını istəməyə və bitməyən axtarış hissi ilə yaşamağa sövq edən əsas səbəblər nələrdir?

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov AZXEBER.COM-a açıqlamasında deyib ki, insan əşyalara, uğura, pula və hətta insanlara onların daşıya bilməyəcəyi mənalar yükləyir:

"İnsan çox vaxt həqiqətdə ehtiyacı olanı yox, başqalarında gördüyünü arzulayır. O, inanır ki, həmin insanın sahib olduğu əşya, status, uğur və ya münasibət ona da keçsə, nəhayət özünü tamamlanmış və xoşbəxt hiss edəcək. Amma əldə etdikdən sonra anlayır ki, axtardığı hiss həmin nəsnənin içində deyilmiş. Çünki problem nəsnənin yoxluğunda yox, ona yüklənən mənadadır. İnsan əşyalara, uğura, pula və hətta insanlara onların daşıya bilməyəcəyi mənalar yükləyir. "Bunu əldə etsəm, xoşbəxt olacağam", "Bu insan mənim bütün boşluqlarımı dolduracaq", "Ən yaxşısını tapsam, daha heç nə istəməyəcəyəm" kimi düşüncələr psixoloji illüziyalardır. Reallıq isə fərqlidir. Heç bir obyekt və ya insan daxili boşluğu tam doldura bilmir. Çünki boşluğun mənbəyi xaricdə deyil”.


O qeyd edib ki, mütləq mənada "ən yaxşı" anlayışı yoxdur:

"”Ən yaxşısını tapmaq" düşüncəsi də zehinin yaratdığı tələlərdən biridir. Əslində mütləq mənada "ən yaxşı" yoxdur. Hər zaman müqayisə ediləcək daha yaxşı və ya daha pis alternativ mövcuddur. İnsan müqayisə etdikcə məmnunluğunu yox, narazılığını böyüdür. Çünki müqayisənin sonu yoxdur. Bu, reallığın yox, düşüncənin istehsal etdiyi bir oyundur. Məqsədlərə çatmaq isə arzudan çox resurslardan asılıdır- bilik, bacarıq, imkan, zaman və psixoloji hazırlıqdan. İstəklərin reallıqla uzlaşmadığı yerdə məyusluq yaranır”.

Psixoloq deyib ki, münasibətlərdə də eyni qanun işləyir:

"Münasibətlərdə də eyni qanun işləyir. İnsan çox vaxt partnyor yox, beynində yaratdığı ideal obrazı axtarır. Sonra isə qarşısındakı insanı həmin obraza uyğunlaşdırmağa çalışır. Sağlam münasibətin təməli ideal partnyor deyil, psixoloji uyğunluqdur. Uyğunluq dəyərlərin, ünsiyyət tərzinin, emosional yetkinliyin və problemləri birlikdə həll edə bilmə bacarığının uyğunlaşmasıdır. Gözləntilər də reallıqla tənzimlənməlidir. Qarşı tərəfin bilikləri, bacarıqları, şəxsiyyəti və imkanları nəzərə alınmadan qurulan gözləntilər qaçılmaz şəkildə xəyal qırıqlığı yaradır. İnsanlara yox, onlar haqqında qurduğumuz illüziyalara bağlanırıq. Sonra isə reallıq həmin illüziyaları dağıdanda bunu sevginin və ya münasibətin sonu hesab edirik”.

"”Cəmiyyət isə "ideal partnyor", "ideal həyat" və "ideal uğur" anlayışlarını daim təbliğ edir. Bu sosial sifariş insanın seçimlərini öz daxili ehtiyaclarından uzaqlaşdırır. Nəticədə insan yaşamaq əvəzinə müqayisə edir, sevmək əvəzinə ideal axtarır, sahib olduqlarını qiymətləndirmək əvəzinə çatışmayanlara fokuslanır. İnsan əslində xoşbəxtliyi yox, ona vəd edilmiş xoşbəxtlik təsvirini təqib edir. Daxildə həll olunmayan boşluq isə xaricdə tapılan heç bir şeylə tam dolmur. Ona görə də axtarış bitmir”,-deyə psixoloq bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
22:48 11.09.2026
Qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO