"İnsanın ən yaxın dostu dərdidir" - Xalq artisti qızının xəstəliyindən danışdı

"İnsanın ən yaxın dostu dərdidir" - Xalq artisti qızının xəstəliyindən danışdı
MAQAZİN
12:13 12.03.2026
250
"Cavanlıqda həssas olursan, amma yaşa dolduqca başa düşürsən ki, insanın ən yaxın dostu onun dərdidir".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev deyib.
 
"Günə uğurla" verilişində qonaq olan müğənni qızının xəstəliyindən danışıb:
 
"Cavanlıqda həssas olursan, amma yaşa dolduqca başa düşürsən ki, insanın ən yaxın dostu onun dərdidir. Mən problemsiz həyatı sevmirəm çünki, dərd özü bir imtahandır. O dövrdə şükür etməyi bilsək, Allah mükafatımızı 10 qat daha artırır. 
 
Qızım xəstə olduğu üçün mən kənara harasa gedəndə narahat oluram. Konsertə gedirəm, fikrim onda qalır. Amma indi düşünürəm ki, qızımın sahibi mən deyiləm, Allahdır. Mən onun yanında olsam da, itirə bilərəm, amma olmayanda Allah istəsə onu yaşadar. Çünki yeganə işıqlı yol, Allahın yoludur. Onu sadəcə xəstəlikdə, problemimiz olanda yox, hər zaman xatırlamalıyıq. Belə yaşamışam, belə də davam edirəm".
 
Aysel

OXŞAR XƏBƏRLƏR