Rəşad Məcid: "İnsanlar getdikcə "feyk nyus"lardan yorulub, peşəkar mediaya üstünlük verəcəklər"

Rəşad Məcid: "İnsanlar getdikcə "feyk nyus"lardan yorulub, peşəkar mediaya üstünlük verəcəklər"
MEDIA
14:30 17.12.2024
424
"Bilirsiniz ki, bizim yeni qəbul olunmuş "Media haqqında" qanunda media savadlılığı ayrıca bölmə kimi yazılıb. Çünki bu sosial medianın inkişaf etdiyi müxtəlif dezinformasiyaların artıq çoxaldığı, "influencer"lərin", blogerlərin, internet televiziyaların, "youtuber"lərin çoxaldığı, yanlış informasiyaların geniş yayıldığı bir vaxtda media savadlılığı vacibdir, lazımlıdır və bu mənada Medianın İnkişafı Agentliyinin başladığı bu həftəlik media savadlılığı kampaniyasını yüksək qiymətləndirirəm. Həm Media Agentliyinin əməkdaşları, həm Mətbuat Şurası İdarə Heyətinin üzvləri artıq iki gündür ki, maarifləndirici fikirlərlə çıxış edirlər".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurasının sədri, əməkdar jurnalist Rəşad Məcid Azərbaycanda media savadlılığı həftəsinin keçirilməsinə münasibət bildirərkən deyib.
 
Şura sədri bildirib ki, media savadlılığının keçirilməsində əsas məqsəd insanlara hər fikrin doğru olmadığını aşılamaqdır:
 
"Ümumiyyətlə, Medianın İnkişafı Agentliyi ilə Mətbuat Şurası bir yerdə bölgələrdə digər tədbirlər keçirilərkən də media savadlılığını ən vacib element kimi qabardırlar. Çünki indi yazılan hər bir sözün, deyilən hər bir fikrin doğru olmadığı insanlara aşılanmalıdır. İndi çünki peşəkar mediadan fərqli olaraq məsuliyyətsiz, dırnaqarası media və "jurnalistlər" peyda olub. Bunların söylədiyi fikirlər isə dəqiqləşdirilməmiş xəbərləri olur adətən, bəzən isə bilərəkdən başqasını ləkələmək halları da mövcud olur. Bütün bunların qarşısını almaq üçün media savadlılığı vacibdir. Media savadlılığı əsasən cəmiyyətə aiddir, ictimaiyyətin nümayəndələrinə aiddir ki, yayılan xəbərlərə bir az şübhə ilə yanaşsınlar və qeyri-ciddi mənbələrin xəbərlərinə inanmasınlar".
 
Əməkdar jurnalist hesab edir ki, insanlar getdikcə "feyk nyus"lardan yorulub peşəkar mediaya üstünlük verəcəklər:
 
"Dezinformasiyalar, insinuasiyalar, yalan xabərlər əsasən sosial mediada yayılır, bu adını çəkdiyim qruplar ki var, onlar daha çox bilərəkdən yaxud bilməyərəkdən yanlış informasiya yayılırlar. Sosial şəbəkələrin populyarlığı ondadır ki, orada indi fərqli fikirlər olur və daha çox əlçatandır. Ona görə bir müddət mənə elə gəlir ki, bunun cazibədarlığı başa düşüləndir, amma getdikcə insanlar bu dezinformasiyalardan yorulub, ciddi, peşəkar medianın xəbərlərinə daha çox üstünlük verəcəklər".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib