İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama

İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
SOSİAL
13:09 14.09.2026
365

 

"Apple” şirkətinin yeni "iPhone 18” modelini təqdim etməsindən sonra telefon artıq Azərbaycanda da bəzi istifadəçilər tərəfindən xaricdən əldə olunmağa başlayıb.

Maraqlıdır ki, bir çox insan gündəlik ehtiyaclarını tam qarşılayan və işlək vəziyyətdə olan telefonundan imtina edərək yeni modelə keçməyə üstünlük verir. Bəzən isə yeni cihazı əldə etmək üçün onun ölkə daxilində rəsmi satışa çıxmasını belə gözləmirlər.

Bu məsələ cəmiyyətdə də fikir ayrılığına səbəb olur. Bəziləri yeni telefon almağı texnologiyadakı yeniliklərdən yararlanmaq və daha müasir cihazdan istifadə etmək istəyi ilə izah etsə də, digər qisim bunu sosial təsir və status nümayiş etdirmək istəyi ilə əlaqələndirir.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan tanınmış psixoloq Nizami Orucov bildirib ki, yeni telefon almaq istəyi hər zaman texniki ehtiyacla bağlı olmur:

"Telefonun əvvəlki modelinin bütün ehtiyacları qarşıladığı halda yeni model satışa çıxan kimi onu almaq istəyi təkcə texniki ehtiyacla izah olunmur. Burada psixoloji və sosial amillər də rol oynayır. İnsan bəzən ehtiyacı olduğu üçün deyil, yeniliyin yaratdığı hissə görə yeni məhsulu almaq istəyir. Burada ən əsas amillərdən biri yenilik axtarışıdır. Yeni model insanın diqqətini çəkir və "yenisini əldə etmək” qısa müddətli həzz və həyəcan yarada bilər. Xüsusilə texnologiya ilə yaxından maraqlanan insanlarda yeni məhsulu ilk əldə etmək ayrıca məmnunluq verə bilər”.


Psixoloqun sözlərinə görə, sosial müqayisə və sosial şəbəkələrdə yeni cihazların nümayiş etdirilməsi də insanların alış qərarına təsir göstərir:

"İnsan ətrafında yeni telefonu alanları gördükcə öz telefonunu əvvəlkindən daha köhnə və ya yetərsiz qəbul etməyə başlaya bilər. Sosial şəbəkələrdə yeni cihazların davamlı nümayiş etdirilməsi də bu hissi gücləndirir. Burada insanın real ehtiyacı ilə "məndə də olmalıdır” düşüncəsi bir-birindən fərqlənir. Bəzən isə telefon sadəcə telefon olmur, insanın özünü necə təqdim etməsinin bir hissəsinə çevrilir. Yeni model müəyyən status, uğur və ya müasirlik göstəricisi kimi qəbul edilirsə, insan onu almaqla özünü daha uğurlu və ya digərlərinə daha yaxın hiss edə bilər. Bu zaman alış qərarının arxasında funksional ehtiyacdan çox sosial və emosional ehtiyac dayana bilər”.

Ekspert qeyd edib ki, yeni telefon almaq istəyinin problemli davranışa çevrilməsi isə insanın maddi imkanlarından kənara çıxması və özünü başqaları ilə müqayisə etməsi ilə bağlı ola bilər:

"Bir başqa məqam da marketinqin yaratdığı "köhnəlib” hissidir. Əslində işlək olan cihaz bir neçə yeni model çıxdıqdan sonra insana vizual və psixoloji olaraq köhnə görünə bilər. Halbuki telefonun funksional imkanları hələ də onun ehtiyaclarını tam qarşılaya bilər. Amma yeni telefon almaq istəyən hər insanın davranışını problemli hesab etmək olmaz. Əgər insan bunu maddi imkanları çərçivəsində edir və qərar onun üçün ciddi maliyyə və ya emosional problem yaratmırsa, bu, sadəcə istehlak seçimidir. Problem o zaman yaranır ki, insan ehtiyacı olmadığı halda davamlı olaraq yeni məhsul almağa məcbur hiss edir, bunun üçün borclanır və ya özünü başqaları ilə müqayisə etdiyi üçün alış-veriş edir. Ona görə yeni telefon almaq istəyərkən sadə bir sual vermək faydalıdır: "Mənim həqiqətən yeni telefona ehtiyacım var, yoxsa sadəcə yeni model olduğu üçün onu istəyirəm?” Bu iki cavab arasındakı fərq bəzən alış qərarının arxasındakı psixoloji səbəbi kifayət qədər aydın göstərir”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
05:50 30.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
05:40 30.10.2026
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
05:30 30.10.2026
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
05:20 30.10.2026
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
“Liverpul” Qavini transfer etmək istəyir
05:10 30.10.2026
“Liverpul” Qavini transfer etmək istəyir
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
05:00 30.10.2026
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
04:50 30.10.2026
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
04:40 30.10.2026
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
04:30 30.10.2026
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
04:20 30.10.2026
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
04:10 30.10.2026
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
ABŞ-nin neft ehtiyatları azalır
04:00 30.10.2026
ABŞ-nin neft ehtiyatları azalır
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
03:53 30.10.2026
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
03:46 30.10.2026
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
03:38 30.10.2026
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb
03:30 30.10.2026
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb