İnsanlar niyə yalan danışır?

İnsanlar niyə yalan danışır?
KÖŞƏ
14:33 30.12.2013
8018

Fidan Azərqızıİnsanlar niyə yalan danışırlar ?

İnsanların doğru söyləmədiyi hər bir şey yalandır.Yalanı yalan edən faktor söyləyənin söylədiyi yalanlara inmamasıdır.Yalan danışmağa insanlar uşaqlıqdan başlayırlar dediklərinə əks təsir görüncə və onları təhlükə gözlədiyinə düşündüklərində yalan danışmağa baslayırlar.Əsasəndə bu mükəmməliyyətçi ailələrdə böyüyən insanlarda daha çox rast gəlinir.Onlardan çox uğur qazanmalarını gözlədikləri üçün ailələrinin onlardan gözləntilərini edə bilmədiklərində yalan daşmağa başlayırlar.Yalan danışan insanların yalan danışma səbəbləridə müxtəlifdir. Bəzi kəslər yalnız diqqəti cəlb etmək üçün çox rəngli hekayələr uydururlar . Hədəfləri çətin bir vəziyyətdən xilas olmaq və ya çıxar təmin etmək deyil. Yalnız maraq mərkəzi olmaqdır. Digər qrup insanlarda isə yalanın səbəbi özlərini qorumaq üçün söylənmiş yalanlardır.

- Yalan ilə özünə inamsızlıq arasıda əlaqəsi nədir? Özünə inamı çox olanlar daha az yalan söyləyərlər. Çünki mənfi vəziyyətlərlə üzləşməyə daha çox hazırdırlar. Özünə inamı az olan insanlar daha çox yalan danışarlar. Onlar cəmiyyətdə önəmli bir insan olsalar belə özlərinə belə görmədikləri üçün yalanlarla üstünlük qazanmağa çalışırlar.

Yalan bəs hansı zaman xəstəlik sayıla bilər?

Həyatda hamımız başımıza gələn təbii hadisələrdən dolayı zaman- zaman yalan danışmağ məcburiyyətində qalırıq .Yalan uşaq yaşlarından danışılmağa başlanılır lakin,ilk əvvəllər qeyri-ixtiyarı səciyyə daşısadada,7-8 yaşından etibarən şüurlu və ixtiyarı səciyyə daşıyır.Patologiya yəni xəstəlik səviyyəsində olduqda isə insan yalan üzərinə yalanlar danışmağa başlayır və , buna özünü və ətrafını da inandırımağa çalışar . Ve müəyyən yaşa qedər normal sayilan yalanlar daha sonra Mitomani adlanan xəstilik sayılır. Şizofreniya ilə fərqi ondadır k,i mitomani xəstəliyi olan insanlarin əsas hədəfi söylədikləri yalana başqa insanlari inandırmaqdır. Şizofreniya xəstəsi olan insan üçünsə əsas olan özlərinin inanmasıdır.Amma hər ikisinin ortaq cəhəti əlbətdə ki ,söylədiklərinin yalniz fantaziyalarının məhsulu olmasıdır.

OXŞAR XƏBƏRLƏR