"İnsanlar saatlarla bir-birinə yaxın məsafədə sahildə oturur" - Baş infeksionist

"İnsanlar saatlarla bir-birinə yaxın məsafədə sahildə oturur" - Baş infeksionist
SOSİAL
13:31 10.08.2020
1684
İnsanlar çimərliyə gedərkən özlərini sahildəki sıxlıqdan qorumalıdırlar. Dənizin içində virusun yayılma ehtimalı yoxdur.

AZXEBER.COM xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, çimərliklərdə müşahidə olunan sıxlıq yoluxmanı yenidən artıra bilər.
"Son günlər biz çimərliklərdə sıxlığın yaranmasını müşahidə edirik. Sıxlıq yoluxma riskinin artmasına səbəb olan faktorlardan biridir. Nəzərə alsaq ki, sahildə çox adam maska taxmır, belə halda yaxın məsafədən virus keçə bilər. Dənizin içində sıxlıq olmur. Sıxlıq əsasən sahildədir. İnsanlar saatlarla bir-birinə yaxın məsafədə sahildə oturur, söhbət edirlər, məsafəni qorumağa çox da meyilli olmurlar. Amma koronavirusun sudan keçmək ehtimalı yoxdur. Dəniz suyuna düşən virus tələf olur. Buna görə də insanlar daha çox suda olmağa çalışsınlar, nəinki dənizin kənarında", - deyə C.İsayev vətəndaşları sıxlıq olmayan çimərliklərə getməyə və qaydalara əməl etməyə çağırıb.

Xatırladaq ki, çimərliklərə getməzdən əvvəl "cimerlik.az” saytına daxil olmaq, çimərliklərdəki sıxlıq səviyyəsini yoxlayaraq, daha az insanın olduğu əraziyə üz tutmaq, çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət edilən girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək, istifadəsi zəruri sayılan əşyaları çimərliyə özünüzlə gətirmək, çimərlik ərazisində yerləşdirilmiş dezinfeksiya məhlullarından giriş-çıxış zamanı istifadə etmək lazımdır.

Bununla yanaşı, ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqlar varsa, sosial məsafə və təmizlik qaydalarına riayət etmək, sahildə yalnız xüsusi iplərlə ayrılmış zonalarda istifadə etmək, çimərlik ərazisində qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizləmək, tullantıları xüsusi ayrılmış qutulara atmaq vacibdir.

Qadağan olunmuş ərazilərdən istifadə etməmək, sağlamlığınızla bağlı narahatlıq hiss etdikdə dərhal nəzarətçiyə məlumat vermək, çimərlik ərazisində sosial məsafə saxlamaq, nəzarətçilərin tələblərinə riayət etmək zəruridir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar