'İnsanları görmürəm mən' - ŞEİR

KÖŞƏ
16:34 04.07.2012
2269
Simran BaxışMən insanam sənin kimi. Zəmanəylə vuruşuram, çalışıram. Mən insanam sənin kimi. İnsanlarla qaynıyıram, qarışıram. Mən yazaram. Bekar sözlər yazmıram mən. Fəlsəfənin ən dibindən danışıram. Milyon illik insanlıqdan günümüzə, Gəlib çıxan qalığam mən. Dərin, sonsuz okyanusda sona üzən qayığam mən. Dünyayam mən, Fırlanıram öz oxumun çevrəsində. Zamanam mən, Görünürəm saatın hər dövrəsində. Savaşçıyam. Silahımdır mis qələmim, Sətirləri qurşunlarla doldururam. Sözlərimdən sipər çəkib, Savaş tutub, Sətirləri bir birinə qırdırıram. Sərhədləri dağıdaraq İnsanlıqdan bir ötəyə aşıram mən. Yerləşmirəm çərçivəmə, Varaqlardan bir ötəyə daşıram mən. Yoruluram ən sonunda, Dayanıram bir ağacın kölgəsində. Yolum artıq hara gedir bilmirəm mən. Boylanıram uzaqlara, İnsanlar çox uzaq qalıb.
OXŞAR XƏBƏRLƏR