"İnsanların gözündəki sevinci, minnətdarlığı heç nəyə dəyişmərəm"- Ruhi Əliyeva - FOTOLAR

"İnsanların gözündəki sevinci, minnətdarlığı heç nəyə dəyişmərəm"- Ruhi Əliyeva - FOTOLAR
SOSİAL
18:30 20.04.2020
1273
Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına səs verən iş xanımı, Liatris Holdinqin rəhbəri Ruhi Əliyeva növbəti sosial dəstək tədbirini gerçəkləşdirib. İş xanımı bu dəfə Tovuzda 250 ailəni sevindirib.
 
İş xanımı rayonun böyük kəndlərindən olan Əyyubluda yaşayan karantin rejimi ilə bağlı evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşlılara, şəhid və Qarabağ müharibəsi iştirakçılarının ailələrinə, aztəminatlı şəxslərə baş çəkilib, onlar üçün apardığı ərzaq sovqatları təqdim edib. İş xanımı görüşdüyü ailələrlə səmimi söhbət edib, onların problemləri, qayğıları ilə yaxından maraqlanıb.

Səfər zamanı ilk ünvan şəhid və Qarabağ qazilərinin evi olub.
İş xanımı söhbətləşdiyi şəhid ailələrindən birinin sosial problemlərinə dəstək məqsədiylə Liatris Holdinqin büdcəsindən aylıq təqaüd təyin edib.

Eyni zamanda o, aztəminatlı ailələrdən birinin övladı - Gəncə Dövlət Universitetinin 2-ci kurs tələbəsinin təhsil haqqının ödənilməsini də öz üzərinə götürüb.   

Daha sonra Liatris Holdinqin rəhbəri Əyyublu Ərazi İcra Nümayəndəsi Fariz Qocayevin bələdçiliyi ilə kənddəki aztəminatlı ailələrə baş çəkib. O, ərzaq sovqatı ilə yanaşı bəzi ailələrə birdəfəlik maddi yardım da göstərib.

Tovuz səfərindən çox təsirləndiyini deyən iş xanımı bu yardım tədbirindən sonra özündə mənəvi rahatlıq tapdığını bildirib: "Əyyublu mənim doğulub-böyüdüyüm kənddir. Bakıda ard-arda xeyriyyə tədbirləri keçirəndə belə bir aksiyanı Tovuzda eləmədiyim üçün özümü qınayırdım. Düşünürdüm ki, ordakı insanlara da əl uzatmalı, onlara da maddi-mənəvi dəstək olmalıyam. Bu, həm iş xanımı, həm azərbaycanlı, həm də tovuzlu kimi mənim borcumdur. Şükürlər olsun ki, bu təşəbbüsüm baş tutdu. Orda məndən dəstək gözləyən insanlara baş çəkə bildim. Və bu səfər məni çox təsirləndirdi. Orda bir xanımın mənə "Ruhi, səni Allah yetirdi" deyib boynuma sarılmasını heç zaman unutmayacam. O qadının sözlərindən çox kövrəldim. Əgər az da olsa, ordakı insanların dərdinə dərman ola, çətinliyinə əl yetirə bildimsə, çox xoşbəxtəm.  O insanların gözündəki sevinci, minnətdarlığı heç nəyə dəyişmərəm".
 
News24.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib