Bəşəriyyət insanları Marsa köçürməyə imkan verən bir kəşf ərəfəsindədir. Bunu keçən il dünyada ilk süni orqanizm yaratdığını bəyan edərək elm aləmini heyrətə salmış amerikalı alim Kreyq Venter söyləyib. Alim bildirib ki, hazırda onun rəhbərlik etdiyi qrup karbon qazı istehlakı hesabına böyüyən hüceyrələr yaradılması üzərində işləyir. Bu süni hüceyrələr karbon qazı istehlakı zamanı yemək, yanacaq və plastik kütlə istehsal etməlidir. Onun sözlərinə görə, bu texnologiyadan hava kütləsinin 95 faizi karbon qazından ibarət olan Marsda yeni sivilizasiya düşərgə yaratmaq üçün istifadə edilə bilər. Qeyd edək ki, hazırda Kreyq Venterə məxsus olan “Synthetic Genomics” şirkəti “ExxonMobil” şirkəti ilə birlikdə ucuz və səmərəli bioyanacaq istehsalı üçün süni yosunlar yaradılması üzərində çalışır. /// lent.az