Foto paylaşma saytı Instagram-ın son ulduzu 80 yaşındakı Beti Simpsondur
Ağciyər xərçəngiylə mübarizə aparan Simpson hər gün paylaşdığı bir-birindən maraqlı fotoşəkillərlə görənləri təəccübləndirir.
Movqe.Az xəbər verir ki, ABŞ-da ağciyər xərçəngiylə mübarizə aparan Beti Simpsonun Instagram-da 20 min təqibçisi var.
Simpson, nəvəsinin oğlu Zak Beldenin onun üçün açdığı Instagram hesabında həyata olan bağlılığını göstərir.
Əylənərkən, rəqs edərkən selfie çəkən Simpson, maraqlı pozalarını və videolarını Instagram-da yayımlayır. Onun İnstagram adı isə "GrandmaBetty33"dür.



