“İnstagram” istifadəçilərindən YENİ İDDİA

MARAQLI
12:56 19.10.2023
313
"İnstagram” istifadəçiləri platformanı Fələstini dəstəkləyən yazılara blur tətbiq etməkdə ittiham edirlər. 

AZXEBER.COM xəbər verir ki, istifadəçilər bildirirlər ki, onların yazıları artıq lentlərin yuxarı hissəsində görünmür.

Oktyabrın 7-də Həmas İsrailə hücum etdikdən sonra Yaxın Şərqdə gərginlik hər keçən dəqiqə artmaqda davam edir.
 
İsrailin mülki vətəndaşları hədəf alması ilə bütün dünyanı dəhşətə gətirən münaqişə ilə bağlı sosial media platformalarında milyonlarla paylaşımlar paylaşılır.

Bununla belə, "Meta” çətiri altında olan "İnstagram”ın bu münaqişənin tərəfi olması ilə bağlı ittiham irəli sürülüb.
 
"İnstagram” istifadəçiləri sosial şəbəkəni Fələstinə dəstək verən yazılara qəsdən blur tətbiq etməkdə ittiham edirlər.

Ayşən

OXŞAR XƏBƏRLƏR