İranda 8 nəfər İnstaqram-ı "mənəviyyatsız" şəkillərin yayılmasında istifadə etdiyi üçün həbs olunublar.
Bu barədə Tehranın kompüter cinayətləri ilə bağlı məhkəmənin hakimi Cavab Babayi məlumat verib.
2 il davam edən "Hörümçək II" əməliyyatı çərçivəsində İnstaqram-larında hicabsız şəkillər yerləşdirən iranlı xanımlar da yaxalanıb.
Ümumilikdə, işlə bağlı fotoqraf, qrim ustası, model və gözəllik salonlarının menecerlərindən ibarət 170 nəfərlik qrup yaxalanıb. Məlumata görə Facebook, Tvitter və Youtube-dən fərqli olaraq İnstaqram İranda qadağan olunmayıb.
///modern.az-