İnstaqramda bunu da edə biləcəksiniz

İnstaqramda bunu da edə biləcəksiniz
SOSİAL
02:34 08.04.2026
563
İnstaqram platforması "Reels” videolarına tərəfdaş (affiliate) linklərinin əlavə edilməsi funksiyasını təqdim etdiyini açıqlayıb.

Bu barədə platformanın "Creators” rəsmi hesabında məlumat verilib.

Yeniliyin yaxın bir neçə həftə ərzində istifadəçilərə təqdim olunacağı bildirilir. Yeni funksiya sayəsində kontent yaradıcısı videolarda məhsulları işarələyərək onlara keçid (link) əlavə edə biləcək. İzləyicilər həmin linklər vasitəsilə alış etdikdə, müəlliflər satışdan komissiya qazanacaqlar.
OXŞAR XƏBƏRLƏR